MKE müdafiə sənayesində yenilikçi və effektiv həllər təklif etməyə davam edir. Bu kontekstdə MKE 2024-cü il dekabrın 27-də yeni məhsulu olan MKE-408 Snayper Tüfəngini açıqlayıb.
MKE tərəfindən hazırlanan MKE-408 Snayper Tüfəngi 0,408 çaplı (10,36 mm x 77) döyüş sursatı ilə uzun mənzil və yüksək dəqiqlik üçün xüsusi olaraq hazırlanıb. Etibarlılıq, dəqiqlik və daşınma asanlığının vəhdəti olan MKE-408 bütün şərtlər altında sahədə uğur qazanmağı hədəfləyir.
Daha yüksək mənzil: 2200 metrə qədər effektiv atış qabiliyyəti ilə NATO çapları ilə müqayisədə üstün performans.
Yüngül dizayn: 15 kq çəkidəki analoqları ilə müqayisədə cəmi 9 kq çəki. Daşınması asan, istifadəsi rahat.
Yüksək dəqiqlik: Hətta uzun məsafələrdə də mükəmməl dəqiqlik üçün təkmilləşdirilmiş lülə və mexanizm.
MKE-dən yeni tüfəng
MKE İstanbul Sərgi Mərkəzində keçirilən SAHA EXPO-24 müdafiə sənayesi sərgisində yeni tanıtımlara imza atıb. Bu çərçivədə şirkət MPT-76MH tüfənginin bazası əsasında hazırlanan MPT-739K A1 piyada tüfəngini ilk dəfə SAHA EXPO-24 müdafiə sənayesi sərgisində təqdim edib. Digər tərəfdən, sərgidə ilk dəfə təqdim edilən digər tüfənglər arasında MPT-55K A1 piyada tüfəngi, MKE 40 GL qumbaraatanı və MOT-919 pulemyot-tapançası da yer aıb.
Tüfəngin xüsusiyyətlərinə nəzər saldıqda, onun əsas xüsusiyyəti tüfəngin darağa uyğun konfiqurasiya edilməsidir. MPT-739K A1 hazırda Türkiyə Quru Qoşunları Komandanlığı tərəfindən fəal şəkildə istifadə edilən MPT-76MH piyada tüfənginin bazası əsasında hazırlanıb. Bu tüfəngdə Afrika və keçmiş sovet dövlətlərində bol olan AK47 darağından istifadə edilməsi planlaşdırılır. Beləliklə, standart olaraq 7,62x39 mm-lik sursatdan istifadə edən dost və müttəfiq ölkələrə ixracatda ön plana çıxması gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az