Ordu.az xəbər verir ki, Mühəndislik Təməl Elmləri Bölməsinin rəhbəri Muhammet Fatih Kılıçaslan və elmi işçi Bekir Akgülün “Şüşə (Amorf) və ya Nanokristal Yumşaq Maqnit Materiallarla Qatqılanmış Elektromaqnit Qalxanlama Xüsusiyyətinə Sahib Sənaye Boyası və Boya İstehsalının İdarə Edilməsi” layihəsi təxminən 2 il davam edən ekspertizadan sonra Türkiyə Patent və Marka İdarəsi tərəfindən “ixtira” kateqoriyasında qeydə alınıb.
Elektromaqnit qoruyucu xüsusiyyətlərə malik sənaye boyası zərərli radiasiyanın daxil olmasının qarşısını almaqla yanaşı, örtük materialı kimi istifadə edildikdə, radar udma xüsusiyyətinə malikdir.
Kılıçaslan bildirib ki, Sürətli Qatılaşdırma Laboratoriyasında müxtəlif maqnit materialları üzərində işləyirlər.
Müxtəlif materiallardan zolaq və toz forması əldə etdiklərini izah edən Kılıçaslan istehsal edilən tozdan boya qatqısı kimi müxtəlif səthlərin örtülməsində istifadə etdiklərini bildirib.
Sevinc Əliyeva
Ordu.az