ASELSAN və Türkiyə MSK HHM radar sistemlərinin tədarükü üçün razılığa gəlib

2024/12/2024--1735366772.jpg
Oxunub: 514     16:18     28 Dekabr 2024    
Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti olan ASELSAN ilə Müdafiə Sənayesi Komitəsi (MSK) arasında Hava Hücumundan Müdafiə (HHM) radar sistemlərinin tədarükü üçün müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, ASELSAN bu yeni müqaviləni sosial mediada etdiyi paylaşımla açıqlayıb.

“HHM radar sistemlərinin tədarükü çərçivəsində ASELSAN ilə MSK arasında 170,9 milyon ABŞ dolları və 1,95 milyard Türkiyə lirəsi dəyərində müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində tədarüklər 2026-2031-ci illər arasında həyata keçiriləcək”. - deyə paylaşımda bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə   MSK  


Bizi "telegram"da izləyin