Minaatan sursatları daşıyan “Boyga” daim vəzifə başındadır - VİDEO

2024/12/2024--1735366688.jpg
Oxunub: 856     19:16     28 Dekabr 2024    
Türkiyənin STM şirkəti sosial mediada bir video paylaşaraq, terrorla mübarizədə aktiv rol oynayan, minaatan sursatları daşıyan kvadrokopter tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Boyga”nın daim vəzifə başında olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, STM “Boyga”nın dəqiq zərbə qabiliyyəti, orijinal proqram təminatı və milli texnologiyaları ilə vətənin müdafiəsində daim xidmətdə olduğunu qeyd edib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə həyata keçirilən “Boyga” layihəsi ilk dəfə 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-21) təqdim edilib.

“Boyga” PUA-sı 2021-ci ilin sentyabrında STM və MKE arasında əməkdaşlıq çərçivəsində ilk atış sınağını uğurla həyata keçirib.

2022-ci ilin iyun ayında qəbul sınaqlarını uğurla tamamlayan “Boyga” Türkiyə təhlükəsizlik qüvvələrinə təhvil verilib.

İlk ixracı da həyata keçirilən “Boyga” bir Afrika ölkəsində xidmət göstərəcək.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM   Boyga  


Bizi "telegram"da izləyin