“Baykar” İtaliyanın aviasiya nəhəngi “Piaggio Aerospace”in yeni sahibi olacaq

2024/12/2024--1735366191.jpg
Oxunub: 618     12:08     28 Dekabr 2024    
“Baykar” İtaliyanın köklü aviasiya şirkətlərindən biri olan “Piaggio Aerospace”i satın aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi ölkənin aviasiya nəhəngi “Piaggio Aerospace” şirkətinin “Baykar”a satışını təsdiqləyib.

Bu çərçivədə 1884-cü ildə qurulan İtaliyanın köklü aviasiya şirkəti “Piaggio Aerospace”i satın almaq üçün elan edilən tenderdə ən yaxşı təklifi verən şirkət “Baykar” olub.

Bununla əlaqədar olaraq, “Baykar” tender prosesi zamanı “Pragma” məsləhətləşmə şirkəti ilə maliyyə qiymətləndirmə işləri aparıb.

“Piaggio” 140 illik tarixi ilə İtaliyanın texnoloji infrastrukturuna əhəmiyyətli töhfələr verməklə tanınır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   İtaliya  


Bizi "telegram"da izləyin