Ordu.az Mali mətbuatına istinadla xəbər verir ki, bu barədə qurumun Nigeriyanın paytaxtı Abucada keçirilən iclasında komissiya rəhbəri Omar Alyö Türe məlumat verib. Bildirilib ki, hər 3 ölkə təşkilatdan çıxdığını təsdiqləyib. Müvafiq prosedurları yerinə yetirmək üçün yanvarın 30-dan etibarən 6 aylıq keçid müddəti müəyyən edilib.
Qeyd edək ki, yanvarda Burkina-Faso, Mali və Niger qurumdan çıxmaqla bağlı diplomatik kanallarla müraciət edib. hər 3 ölkə bu qərarını təşkilatın “Afrika xalqlarının tələblərinə cavab verməməsi” ilə əsaslandırıb.
Ordu.az