İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib

2024/12/1735363736.jpg
Oxunub: 480     08:50     28 Dekabr 2024    
İsrail hərbçiləri Yəmən tərəfindən atılan raketi hava məkanına çatmamış zərərsizləşdirib.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti xəbər yayıb.

“Qüds və Ölü dəniz bölgələrində sirenlər işə salındıqdan sonra Yəməndən atılan raket ölkə ərazisinə keçmədən zərərsizləşdirilib”, - məlumatda bildirilir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı etdiklərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək sektora, eləcə də Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab zərbələri endirməyə başlayıb, ardından Fələstin anklavında quru əməliyyatı keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin