Tacikistanın xarici işlər naziri MDB ölkələrinin diplomatları ilə görüşüb

2024/12/1735318181.jpg
Oxunub: 499     20:40     27 Dekabr 2024    
Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin dekabrın 27-də MDB-yə üzv dövlətlərin səfirləri ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, tədbirdə Azərbaycanı səfir Əlimirzəmin Əskərov təmsil edib.

Görüşün əsas mövzusu 2024-cü ildə əməkdaşlığın yekunları və qarşıdakı dövr üçün planlar olub.

Nazir MDB ölkələri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini bildirib. S.Muhriddin vurğulayıb ki, bu,Tacikistanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Tərəflər, həmçinin MDB çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişafı və mədəni əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tacikistan   MDB  


Bizi "telegram"da izləyin