İsrail Qəzza zolağından yenidən raket atəşinə məruz qaldığını bildirib

2024/12/1735018198.jpg
Oxunub: 525     20:37     27 Dekabr 2024    
İsrail Müdafiə Ordusu Fələstin radikallarının Qəzza zolağının şimalından yeni raket hücumu barədə məlumat verib.

Ordu.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, atılmış raket İsraildə yaşayış olmayan ərazidə, heç bir ziyan vurmadan partlayıb.

Fələstin anklavı ilə sərhədə yaxın ərazidə yerləşən Nir Am kəndində hava hücumu xəbərdarlığı elan edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin