Rutte NATO-nun Baltik dənizində hərbi iştirakını artıracağını açıqlayıb

2024/10/1727773353.jpg
Oxunub: 437     14:48     27 Dekabr 2024    
“NATO kabellər ətrafındakı insidentdən sonra Baltik dənizində hərbi iştirakını artıracaq”.

Ordu.az xəbər verir ki, bu barədə alyansın Baş katibi Mark Rutte “X” hesabında yazıb.

O həmçinin Finlandiya prezidenti Aleksandr Stubb ilə adıçəkilən ölkədə bu insident ətrafında aparılan istintaqı da müzakirə etdiyini vurğulayıb.

M. Rutte bildirib ki, alyans bu məsələdə Finlandiya hökuməti ilə həmrəydir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   NATO  


Bizi "telegram"da izləyin