Viktor Orban: Hazırda Avropa elitası heç bir yeni reallıqdan xəbərdar deyil

2024/11/1730885014.jpg
Oxunub: 373     13:18     27 Dekabr 2024    
Macarıstanın Baş naziri Viktor Orban hazırda Avropa elitasının heç bir yeni reallıqdan və situasiyadan xəbərdar olmadığını vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “X”də paylaşım edib.

"Avropa İttifaqı Şurasında qlobal dəyişikliklərlə bağlı xəbərdarlıqlara baxmayaraq, yeni reallıqların tanınmadığını gördüm. Avropa ticarətdəki dəyişikliklərinə hazırlaşmalı və siyasətləri "tamamilə gömrük rüsumları" ilə xarakterizə olunan bir dünyaya hazır olmalıdır", - Macarıstanın Baş naziri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Avropa  


Bizi "telegram"da izləyin