Ordu.az xəbər verir ki, SETA tədqiqatçısı Qloriya Şkurti Özdemir və Ankara Hacı Bayram Veli Universitetinin Beynəlxalq Əlaqələr Bölməsindən Erman Akıllının moderatorluğu ilə keçirilən onlayn söhbətdə “SETA Washington DC” tədqiqatçısı Ozan Ahmet Çetin iştirak edib.
Çetin dövlətlərin hərbi sahədə Süni Zəkanın (SZ) istifadəsi üçün yüksək büdcə ayırdığını, SZ-dən istifadə edilməməsinin müdafiə riskləri yaratdığını bildirib.
SZ-dən istifadə edilərək, hərbi vasitələrə avtonomluq verildiyinə və beləliklə də insanların hərbi əməliyyatlarda fiziki rolunun azaldığına diqqət çəkən Çetin bu texnologiyanın qərar dəstək sistemlərində də istifadə edildiyini qeyd edib.
Çetin hərbi texnologiyanın hərbi uğur gətirdiyini və dünya liderlərinin söz sahibi olmaq üçün SZ-yə əhəmiyyət verdiklərini ifadə edib.
SZ vasitələrinin çəkindirici rol oynaya biləcəyinə diqqət çəkən Çetin dövlətlərin bu texnologiyanı mövcud sistemlərə inteqrasiya etməyə çalışdıqlarını deyib.
Sevinc Əliyeva
Ordu.az