Çinin 6-cı nəsil döyüş təyyarəsi ilk uçuşunu uğurla həyata keçirib

2024/12/2024--1735291667.jpg
Oxunub: 596     15:12     27 Dekabr 2024    
Çinin 6-cı nəsil döyüş təyyarəsi ilk uçuşunu uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, bununla bağlı sosial mediada videolar paylaşılıb.

“Army Recognition” nəşrinin xəbərinə görə, bu uçuş Çinin aviasiya imkanlarında əhəmiyyətli bir irəliləyişə işarə edir və gələcəyin hava döyüş yarışında digər qlobal super güclərlə rəqabətini davam etdirməsi deməkdir.

Yeni döyüş təyyarəsinin dəqiq xüsusiyyətləri gizli saxlanılsa da, onun qabaqcıl texnologiyalara sahib olması hədəflənir.

Bunlar arasında düşmən radarları tərəfindən aşkarlanmağı çətinləşdirən qabaqcıl stels (görünməzlik) qabiliyyəti və yeni nəsil avionik sistemlər yer alır.

Həmçinin bildirilir ki, təyyarə süni zəka inteqrasiyasına malikdir və real vaxt rejimində döyüş ssenarilərində böyük həcmdə məlumatları emal edərək, qərar qəbuletmə proseslərini təkmilləşdirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Təyyarə  


Bizi "telegram"da izləyin