Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən yerli və milli olaraq inkişaf etdirilən İHA-122 “Hava-Yer” Ballistik Supersəs Raketi sınağı uğurla tamamlanıb.
“Baykar” və ROKETSAN arasında əməkdaşlıq çərçivəsində inkişaf etdirilən yerli İHA-122 “Bayraktar Akıncı” zərbə tipli pilotsuz uçuş aparatı tərəfindən sınaqdan keçirilib.
Sınaq atışları uğurla tamamlanarkən, paylaşılan görüntülərdə raketin üzərindəki “TCG “Anadolu”ya salam olsun” ifadəsi diqqət çəkib.
“Baykar”ın İdarə Heyətinin sədri Selçuk Bayraktar həmin anları sosial media hesabında paylaşıb.
Sevinc Əliyeva
Ordu.az