Qroznı hava limanında uçuşlar məhdudlaşdırılıb

2024/07/668d0-1720521014.jpg
Oxunub: 472     12:03     27 Dekabr 2024    
"Şimali" (Qroznı) hava limanında "Kovyor" planı tətbiq edilib, reyslərin gəlişi və gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hava limanının baş direktoru Alvi Şahgiriyev məlumat verib.

"Hava limanı "Kovyor" planına əsasən bağlanıb, (hava gəmilərini-red.) qəbul etmirik və buraxmırıq. "Kovyor" planı Moskva vaxtı ilə saat 05:08-də elan edilib", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qroznı   Hava-limanı  


Bizi "telegram"da izləyin