Kazan aeroportu uçuşları dayandırıb

2024/12/1734066836.jpg
Oxunub: 728     09:05     27 Dekabr 2024    
Kazan hava limanı Moskva vaxtı ilə saat 06:00-dan etibarən uçuşların qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako məlumat yayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.

“Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və yola salmır. Təyyarənin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər”, - Korenyako vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kazan   Aeroport  


Bizi "telegram"da izləyin