Qəzzada İsrailin endirdiyi zərbə nəticəsində 50-yə yaxın şəxs ölüb

2024/12/1735272234.jpg
Oxunub: 368     01:29     27 Dekabr 2024    
İsrailin Qəzza zolağının şimalında Kamal Advan xəstəxanasının yaxınlığında yerləşən binaya endirdiyi zərbə nəticəsində 5-i tibb işçisi olmaqla 50-yə yaxın adam həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurum ölənlərin dəqiq sayını açıqlamayıb.

Hadisə nəticəsində neçə nəfərin xəsarət aldığı da məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin