ÜST rəhbəri Səna hava limanına edilən hücumlardan sonra Yəməndən çıxa bilməyib

2024/03/1710220227.jpg
Oxunub: 522     22:58     26 Dekabr 2024    
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib-bilməyəcəyindən xəbərsizdir.

Ordu.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, daha ətraflı məlumat olanda xəbər veriləcək.

Gebreyesus daha əvvəl "X" hesabında yazıb ki, BMT nümayəndə heyətinin uçması üçün hava limanına dəyən ziyanın aradan qaldırılmasına qədər gözləmək lazımdır.

O həmçinin deyib ki, hava hücumu Yəmənin Səna hava limanında BMT nümayəndə heyəti ilə birlikdə olduğu təyyarədən bir neçə metr aralıda yerləşən binaya ziyan vurub. Nəticədə ekipajın bir üzvü xəsarət alıb.

Qeyd edək ki, bu gün İsrail aviasiyası üsyançı husilər Ənsar Allah hərəkatının nəzarətində olan Səna və liman şəhəri Hudeydaya irimiqyaslı zərbələr endirib. Yerli KİV-in məlumatına görə, insident nəticəsində iki nəfər həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ÜST   Səna  


Bizi "telegram"da izləyin