İran Aİİ-də müşahidəçi statusu alıb

2024/08/1723524970.jpg
Oxunub: 440     18:24     26 Dekabr 2024    
İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu qərar ittifaqın Rusiyada təşkil olunan sammitində qəbul edilib.

"İran bundan sonra ittifaqımızda müşahidəçi dövlətdir", - Avrasiya İqtisadi Komissiyasının Kollegiya sədri Bakıtjan Sagintayev jurnalistlərə bildirib.

Qeyd edək ki, Kuba və Özbəkistan da Aİİ-də müşahidəçi dövlət statusuna malikdir. Avrasiya "beşliyi"nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Aİİ  


Bizi "telegram"da izləyin