Türkiyə Kosmik Agentliyinin (TUA) peyklər, raketlər və sistemlər, təyyarələr, simulyatorlar və kosmos platformaları da daxil olmaqla, kosmos və aviasiya ilə bağlı hər cür məhsulu inkişaf etdirmək məqsədilə daxildə və xaricdə şirkət olmasının yolu açılıb.
Ordu.az xəbər verir ki, mövzu ilə bağlı prezident fərmanı “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib.
Buna uyğun olaraq, TUA ölkə daxilində və xaricdə obyektlər, “Ar-Ge” mərkəzləri və ya sınaq mərkəzləri qura biləcək.
Bundan əlavə, qurum milli və ya beynəlxalq planlar, layihələr və tədqiqatlar həyata keçirmək üçün beynəlxalq əməkdaşlıqda iştirak edə biləcək.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
Kosmik-Agentlik