Rusiya Dəməşqdən diplomatlarını geri çağırmayıb

2024/09/1725956839.jpg
Oxunub: 647     13:07     26 Dekabr 2024    
Rusiya Dəməşqdən diplomatlarını geri çağırmayıb.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, səfirlik Suriyada fəaliyyətini davam etdirir.

"Biz ölkənin (Suriyanın-red) dağılmasına imkan verə bilmərik, bəziləri bunu istəyərdi. Moskva Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə saxlayır və dialoqa hazırdır", deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Suriya münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi olan Astana formatının taleyindən də danışıb.

Bildirib ki, Rusiya Suriya üzrə Astana formatını ləğv etməyi planlaşdırmır. Lavrovun sözlərinə görə, Astana formatı hələ də bu mərhələdə faydalı rol oynaya bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Dəməşq  


Bizi "telegram"da izləyin