“Milliyet”: Səudiyyə Ərəbistanı Türkiyədən 100 ədəd “Kaan” almağı düşünür

2024/12/1735203753.jpg
Oxunub: 546     15:01     26 Dekabr 2024    
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi sahəsində mühüm dönüş nöqtəsi yaşanır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanının Türkiyənin milli texnologiyalarından biri olan “Akıncı” zərbə tipli pilotsuz uçuş aparatını almasından sonra 5-ci nəsil milli döyüş təyyarəsi “Kaan”a olan maraq iki ölkəni hərtərəfli əməkdaşlıq masasına gətirib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün İstanbulda Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini Xalid bin Hüseyn Əl-Biyari və Hərbi Hava Qüvvələri komandanı Turki bin Bəndər Əl Səudun da yer aldığı yüksək səviyyəli nümayəndə heyətini qəbul edib.

Görüşlərin əsasında “Kaan” kimi strateji layihələrdə əməkdaşlığın qurulması və birgə istehsal imkanlarının qiymətləndirilməsi hədəfi dayanır.

“Milliyet”in xəbərinə görə, üç gün davam edəcək bu kritik təmaslar zamanı Səudiyyə Ərəbistanının 2030-cu il vizyonu çərçivəsində 100 “Kaan” təyyarəsi əldə etmək planının təfərrüatları müzakirə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Türkiyə  


Bizi "telegram"da izləyin