ASELSAN TDT-yə üzv olan bir ölkəyə 58,6 milyon dollarlıq ixracat həyata keçirib

2024/12/2024--1735203421.jpg
Oxunub: 385     14:01     26 Dekabr 2024    
ASELSAN Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan bir ölkə ilə ümumi dəyəri 58,6 milyon dollar olan ixrac müqavilələri imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ASELSAN-ın açıqlamasında qeyd olunub.

Sözügedən müqavilələr üzv ölkəyə elektro-optik və rabitə sistemlərinin birbaşa satışını əhatə edir.

“ASELSAN TDT-yə üzv ölkə ilə elektro-optik və rabitə sistemlərinin birbaşa satışı üzrə ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan ixrac müqavilələri imzalayıb”, - deyə açıqlamada bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   TDT  


Bizi "telegram"da izləyin