Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində 26 raket ABŞ ordusuna, 16 raket ABŞ Dəniz Piyadaları Korpusuna, 11 ədəd Avstraliyaya, 78 ədəd isə Yaponiyaya təhvil veriləcək.
İşlər Amerika Birləşmiş Ştatlarının müxtəlif yerlərində aparılacaq və 2028-ci ilin martına qədər tamamlanacağı gözlənilir.
Həm Avstraliya, həm də Yaponiya böyüyən Çin HDQ-yə qarşı öz HDQ-lərinin atəş gücünü artırmaq üçün son bir neçə il ərzində uzun mənzilli qanadlı raketlər əldə etməyə çalışır.
ABŞ Dövlət Departamenti 2023-cü ilin mart ayında Avstraliyaya 200 ədəd “Tomahawk Block V” və 20 ədədə qədər “Tomahawk Block IV” raketinin satışını təsdiqləyib.
Bu arada Yaponiya yanvar ayında 400 ədəd “Tomahawk” tədarükü üçün 2,35 milyard dollarlıq müqavilə imzalayıb.
Sevinc Əliyeva
Ordu.az