Ordu.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
2025-ci ilin yanvar ayında bu təyyarələrlə ilk uçuşlarını edəcəkləri gözlənilən Polşa pilotları üçün təlim proqramının başladığı açıqlanıb.
Polşanın 8 F-35A təyyarəsi “Ebbing” Hava Milli Qvardiya Bazasında yerləşdiriləcək və burada Polşa HHQ-nin ümumi təlim proqramına daxil ediləcək.
“Ebbing” Hava Milli Qvardiya Bazasındakı təlim proqramının 2027-ci ilə qədər 24 Polşa pilotu və 92 texniki işçisi hazırlaması gözlənilir. Pilotlar təlimatçı kimi ixtisaslaşacaq və Polşada əlavə təhsil ala biləcəklər.
Sevinc Əliyeva
Ordu.az