Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

2024/12/1735194439.jpg
Oxunub: 443     10:17     26 Dekabr 2024    
Müsəlman Ağsaqqalları Şurası Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Şura Azərbaycan xalqına, Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz Uca Allahdan yaralananların tezliklə sağalmasını diləyirik", - məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   AZAL  


Bizi "telegram"da izləyin