Bayden Pentaqona Kiyevə hərbi yardımı artırmağı davam etdirməyi tapşırıb

2024/12/1735190339.jpg
Oxunub: 342     06:52     26 Dekabr 2024    
ABŞ prezidenti Cozef Bayden ölkənin hərbi departamentinə Ukraynaya silah tədarükünü artırmağa davam etməyi əmr edib.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Amerika liderinin bəyanatında deyilir.

“Son aylarda ABŞ Ukraynaya yüzlərlə raket əleyhinə silah verib və daha çoxunu çatdırır. Mən ABŞ Müdafiə Nazirliyinə Ukraynaya silah tədarükünü artırmağa davam etməyi tapşırmışam və Birləşmiş Ştatlar Rusiya qüvvələrinə qarşı müdafiə etdiyi üçün Ukraynanın mövqeyini gücləndirmək üçün yorulmadan işləməyə davam edəcək”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Pentaqon  


Bizi "telegram"da izləyin