Əl-Cəzirə: İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində beş fələstinli jurnalist həlak olub

2024/12/1735190222.jpg
Oxunub: 442     05:31     26 Dekabr 2024    
İsrail ordusunun Qəzza zolağının mərkəzinə hücumu nəticəsində azı 5 fələstinli jurnalist həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri anklavın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində Əl-Avda xəstəxanasının qarşısında yerləşən “Quds News Network” telekanalının peyk yayımını həyata keçirən avtomobilə hücum edib.

Telekanal hadisə nəticəsində 5 jurnalistin öldürüldüyünü təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin