Polşa 96 ədəd “Krab” özüyeriyən haubitsası sifariş edib

2024/12/1735116171.jpg
Oxunub: 569     15:24     28 Dekabr 2024    
Polşa Müdafiə Nazirliyi Cənubi Koreyanın K9 özüyeriyən haubitsalarını dəstəkləmək üçün 96 ədəd “Krab” özüyeriyən haubitsası və 250 zirehli vasitənin tədarükü ilə bağlı müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, dekabrın 23-də Stalova Vola şəhərində təxminən 17 milyard PLN (4,2 milyard dollardan çox) dəyərində müvafiq müqavilələr imzalanıb.

Polşa Müdafiə Nazirliyi qeyd edib ki, 96 ədəd “Krab” 155 mm-lik özüyeriyən haubitsası, komanda və personal vasitələri, döyüş sursatlarının daşınması üçün zirehli vasitələr və təmir sexləri də tədarük ediləcək.

Sifarişə təlim və logistika paketləri də daxildir. Müqavilənin digər təfərrüatları və onun icra şərtləri açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Krab  


Bizi "telegram"da izləyin