Çin ABŞ-nin Milli Müdafiə Səlahiyyəti Qanununa etiraz edib

2024/12/1735116111.jpg
Oxunub: 681     16:12     26 Dekabr 2024    
Çin ABŞ prezidenti Co Baydenin imzası ilə qüvvəyə minən 2025-ci il Milli Müdafiə Səlahiyyəti Qanununa Çinlə bağlı mənfi məzmunlu olduğuna görə diplomatik kanallarla etiraz etdiyini bildirib.

Ordu.az xəbər verir ki, Pekində keçirilən gündəlik mətbuat konfransında Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ-nin qanunda Çin təhdidini şişirtdiyini, Tayvan administrasiyasına hərbi dəstəyini davam etdirdiyini və dövlət səlahiyyətlərindən sui-istifadə edərək, Çinin texnoloji, elmi və iqtisadi inkişafını hədəf aldığını iddia edib.

Qanunun Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına zərər verdiyini, Çin və ABŞ-nin ikitərəfli münasibətləri sabitləşdirmək səylərinə zərər verdiyini vurğulayan Mao Çinin bunu pislədiyini və diplomatik kanallarla ABŞ rəhbərliyinə etiraz etdiyini bildirib.

Mao Vaşinqton administrasiyasını “vahid Çin prinsipi”nə, Çin və ABŞ arasında münasibətlərin əsasını təşkil edən Üç Birgə Bəyannaməyə əməl etməyə və Tayvan administrasiyasını silahlandırmağı dayandırmağa çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin