Vladiqafqazda televiziya qülləsi yaxınlığında partlayışla bağlı xəbərlər təkzib edilib - YENİLƏNİB

2024/12/1735111226.jpg
Oxunub: 2080     10:29     25 Dekabr 2024    
Şimali Osetiya rəhbəri Sergey Menyaylo Vladiqafqazda televiziya qülləsi yaxınlığında partlayışla bağlı xəbərləri təkzib edib.

Ordu.az xəbər verir ki, respublika rəhbəri feyk xəbərlər yaymamağa çağırıb.

Qeyd edək ki, "SHOT" teleqram kanalı PUA-nın Vladiqafqazın Osetinskaya Qorka küçəsindəki televiziya qülləsini vurmağa cəhd etdiyini və nəticədə partlayış baş verdiyini yazıb.

***

Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərində yeni partlayış baş verib.

Ordu.az xəbər verir ki, PUA Osetinskaya Qorka küçəsindəki televiziya qülləsini vurmağa cəhd edib.

"SHOT" teleqram kanalının yaydığı məlumata görə, hazırda zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, Vladiqafqaz şəhərində ticarət mərkəzində də yanğınla müşahidə olunan partlayış baş verib. Ölən və yaralıların olduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vladiqafqaz   Partlayış  


Bizi "telegram"da izləyin