Ordu.az xəbər verir ki, Çin Ticarət Nazirliyi tərəfindən verilən açıqlamada araşdırmanın qlobal sənaye və tədarük zəncirlərinin fəaliyyətini pozacağı, ABŞ-nin biznes və istehlakçılarının maraqlarına zərər verəcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Vaşinqton administrasiyası Çip və Elm Qanunu kimi qaydalarla yerli çip sənayesinə əhəmiyyətli subsidiyalar verir.
Açıqlamada xatırladılıb ki, ABŞ çip istehsalçıları qlobal bazarın təxminən 50 faizinə sahibdirlər, Çinin ABŞ-yə çip ixracı ABŞ-nin Çinə ixracından çox azdır.
Çin Ticarət Nazirliyi ABŞ-ni faktlara və çoxtərəfli ticarət qaydalarına hörmətlə yanaşmağa və səhv təcrübələrə dərhal son qoymağa çağırıb.
Vurğulanıb ki, Çin istintaqı diqqətlə izləyəcək, hüquq və mənafelərinin müdafiəsi üçün bütün lazımi tədbirləri qətiyyətlə görəcək.
Sevinc Əliyeva
Ordu.az