Türkiyənin ilk yerli Yellənmə Amortizasiya Sistemi məhsul sertifikatını alıb

2024/12/1735107270.jpg
Oxunub: 582     17:32     26 Dekabr 2024    
Türkiyənin “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” şirkəti hərbi dənizçilik sahəsində kritik yerliləşdirmə və milliləşdirmə addımlarını davam etdirir.

Ordu.az xəbər verir ki, milli gəmi sənayesindəki güclü ekosistemi ilə əməkdaşlığa gedən STM daha öncə xaricdən tədarük edilən Yellənmə Amortizasiya Sistemini “Robotek Otomasyon Teknolojileri LTD” ilə yerliləşdirib.

Türkiyənin ilk yerli və milli Yellənmə Amortizasiya Sistemi Türk Loydudan məhsul sertifikatı alıb.

Beləliklə, sistemdən Türk Loydu da daxil olmaqla, Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) üzvü olan bütün təsnifat cəmiyyətləri tərəfindən sertifikatlaşdırılmış gəmilərdə istifadə edilə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM  


Bizi "telegram"da izləyin