Türkiyədə “Süni Zəka Sammiti” keçirilib

2024/12/1735107201.jpg
Oxunub: 392     13:32     26 Dekabr 2024    
Türkiyə İnformasiya Texnologiyaları və Rabitə Qurumunda (Bilgi Teknolojileri ve İletişim Kurumu - BTK) “BTK Akademi”, “Google” və “Girişimcilik Vakfı”nın birgə təşkilatçılığı ilə “Süni Zəka Sammiti 24” keçirilib.

Ordu.az xəbər verir ki, sammitdə Süni Zəkanın (SZ) gələcəyi, sektoral tətbiqlər və innovativ həllər müzakirə edilib.

Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayan SZ-yə əsaslanan texnologiyaların 2030-cu ilə qədər dünya üzrə 16 trilyon dollarlıq torta çevriləcəyini bildirib.

“Bu rəqəm 2023-cü ildə ölkəmizin ümumi milli məhsulundan 14 dəfə çoxdur”, - deyə o qeyd edib.

Buradakı çıxışında Sayan deyib ki, SZ son 15-20 ildə görünməyə başlasa da, onun əsasları çox uzaqlara gedib çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Süni-Zəka-Sammiti  


Bizi "telegram"da izləyin