ABŞ Rusiyanın enerji sektoruna yeni sanksiyaların tətbiqini nəzərdən keçirir

2024/11/1730954173.jpg
Oxunub: 515     16:23     24 Dekabr 2024    
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Rusiyanın enerji sektoruna qarşı növbəti sanksiyaların tətbiqi imkanını müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə "İnterfaks" “The Washington Post”a (WP) istinadən məlumat verib.

"Cozef Bayden vəzifədə olduğu son həftələrdə Rusiyanın enerji sektoruna qarşı yeni ciddi sanksiyaları nəzərdən keçirir", - nəşr bildirib.

WP mənbələrinin fikrincə, bu addım gələcək seçilmiş Prezident Donald Trampın administrasiyasına Rusiya Prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar üçün daha çox təsir rıçaqları verərdi.

Nəşrin həmsöhbətlərinin məlumatına görə, ABŞ Rusiya neftini daşıyan "kölgə donanması"na, həmçinin daha əvvəl sanksiyalara məruz qalmayan Rusiya neft ixracatçılarına qarşı sanksiyalar tətbiq edə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin