Rumıniyanın yeni koalisiya hökuməti parlamentdə and içib

2024/12/1735036806.jpg
Oxunub: 559     14:20     24 Dekabr 2024    
Rumıniyanın hazırkı Baş naziri Marçel Çolakunun rəhbərlik etdiyi yeni hökumət parlamentdə and içib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, Rumıniya parlamenti sosial-demokrat Marçel Çolakunun rəhbərlik etdiyi yeni hökumətin tərkibini və proqramını təsdiqləyib.

Kabinetin təsdiqlənməsi üçün 240 parlament üzvü lehinə, 143 nəfər əleyhinə səs verib.

Məlumatda qeyd edilib ki, yeni kabinet Sosial Demokrat Partiyası (SDP), Milli Liberal Partiyası (MLP), Rumıniya Macarlarının Demokratik İttifaqı (RMDİ) və milli azlıqların parlament fraksiyasından ibarət olan parlament çoxluğunun avropayönümlü koalisiyası tərəfindən formalaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Hökumət  


Bizi "telegram"da izləyin