İtaliya 24 ədəd “Eurofighter” sifariş edib

2024/12/1735028443.jpg
Oxunub: 1536     11:20     25 Dekabr 2024    
“Leonardo” “Eurofighter” və NETMA rəhbərlərinin müqavilə imzalamasından sonra İtaliyanın öz Hərbi Hava Qüvvələri (HHQ) üçün 24 ədəd “Eurofighter” təyyarəsi alacağını bildirib.

Ordu.az xəbər verir ki, açıqlama şirkət ötən cümə günü İspaniya HHQ-nin “Halcon II” proqramı üçün 25 ədəd “Eurofighter” ilə bağlı müqavilə imzaladıqdan sonra verilib.

İtaliyanın yeni “Eurofighter Typhoon” təyyarələri xidmətdə olan mövcud “Tranche 1” variantlarını əvəz edəcək.

“Eurofighter”in baş icraçı direktoru Cankarlo Mezzanatto açıqlamasında bildirib: “Son yeddi gündə biz 4 ədəd “Eurofighter” ölkəsindən ikisinin yeni müqavilə sifarişləri imzaladığını gördük. Bu, onların HHQ-ni modernləşdirmək istəyini nümayiş etdirir və onların təyyarəmizə təyin etdiyi mühüm rolu təsdiqləyir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Eurofighter  


Bizi "telegram"da izləyin