Tonqanın yeni Baş naziri seçilib

2024/12/1735026754.jpg
Oxunub: 884     11:45     24 Dekabr 2024    
Aysake Eke Tonqa Krallığının yeni Baş naziri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə “Matangi Tonga” nəşri məlumat yayıb.

Məlumata görə, A.Ekenin namizədliyini parlamentin 24 deputatından 16-sı dəstəkləyib.

Qeyd edək ki, 2014-2017-ci illərdə o, maliyyə naziri vəzifəsində çalışıb. Son vaxtlar o, Nümayəndələr Palatasının Dövlət Hesabları üzrə Daimi Komitəsinin sədri olub.

Daha əvvəl Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni parlamentdə etimadsızlıq məsələsi ilə bağlı səsverməni gözləmədən istefa verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonqa   Baş-nazir  


Bizi "telegram"da izləyin