145 ədəd yeni F-35 döyüş təyyarəsi ABŞ ordusuna təhvil veriləcək

2024/12/2024--1735024324.jpg
Oxunub: 387     11:00     25 Dekabr 2024    
ABŞ Müdafiə Nazirliyi 2024-cü il dekabrın 20-də “Lockheed Martin” şirkəti ilə 145 ədəd beşinci nəsil F-35 döyüş təyyarəsinin istehsalı və çatdırılmasını əhatə edən 11,76 milyard dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə Birləşmiş Ştatların hərbi modernləşdirmə səylərini üzə çıxarmaqla yanaşı, müttəfiq müdafiə tərəfdaşlığını gücləndirmək məqsədi daşıyır.

Razılaşma çərçivəsində ABŞ ordusuna təhvil veriləcək 83 reaktiv təyyarənin paylanması belə planlaşdırılıb:

Hərbi Hava Qüvvələri: 48 ədəd F-35A
Dəniz Piyadaları Korpusu: 16 ədəd F-35B və 5 ədəd F-35C
Hərbi Dəniz Qüvvələri: 14 ədəd F-35C

Bundan əlavə, beynəlxalq müştərilər üçün 62 reaktiv təyyarə ayrılıb. Bu çərçivədə proqram tərəfdaşlarına 15 ədəd F-35A və 1 ədəd F-35B, Xarici Hərbi Satış (FMS) müştərilərinə isə 39 ədəd F-35A və 7 ədəd F-35B çatdırılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   ABŞ  


Bizi "telegram"da izləyin