Türkiyədə zavodda partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB

2024/12/1735024075.jpg
Oxunub: 1584     11:28     24 Dekabr 2024    
Türkiyədə zavodda partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.

***

Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ordu.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib.

O, təxribat ehtimalının hələ ki olmadığını söyləyib.

Məlumata görə, zavodda silah-sursat - ov və idman patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Zavod  


Bizi "telegram"da izləyin