“BAE Systems” ABŞ ordusu üçün CATV istehsal edəcək

2024/12/PS_BA-1735021534.jpg
Oxunub: 382     11:49     08 Yanvar 2025    
“BAE Systems” ABŞ ordusu üçün 44 ədəd əlavə “Cold Weather All-Terrain Vehicle” (CATV) istehsalını əhatə edən 68 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqaviləyə 2022-ci ilin avqustunda əldə edilən tam həcmli istehsal müqaviləsinə 48 milyon dollarlıq bir əlavə və 2025-ci maliyyə ili üçün 20 milyon dollarlıq büdcə ayırması daxildir.

“BAE Systems”in davamlılıq və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Din Medland CATV-nin təmin etdiyi çevikliyi vurğulayıb.

“CATV ABŞ ordusuna bütün ərazilərdə hərəkətlilik və əməliyyat çevikliyi təklif edir. Bu vasitə hərbi əməliyyatlardan humanitar yardıma və fəlakətlərə reaksiyaya qədər müxtəlif missiyalarda istifadə edilə bilən bir həlldir. Biz ABŞ ordusu üçün əlavə avtomobil istehsalını dəstəkləməkdən qürur duyuruq”, - deyə o bildirib.

Qeyd edək ki, CATV “BvS10” ailəsinin bir hissəsidir, zirehsiz “Beowulf” variantının bazası əsasında hazırlanır. ABŞ ordusu 2022-ci ildə Arktika əməliyyatlarında istifadə məqsədilə “Bv206”nı əvəz etmək üçün “Beowulf”u müasir quru platforması kimi seçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE-Systems   ABŞ  


Bizi "telegram"da izləyin