Ordu.az xəbər verir ki, “Radio Frequency Directed Energy Weapon” (RFDEW) adlanan bu sistem hava, quru və dəniz təhlükələrini aşkar etmək, izləmək və zərərsizləşdirmək qabiliyyətinə malikdir.
1 kilometr məsafədəki hədəfləri demək olar ki, dərhal zərərsizləşdirə bilən bu texnologiya hər atış üçün cəmi 10 funt-sterlinq (təxminən 12,5 dollar) kimi ucuz qiymətə işləyir.
Lazer əsaslı enerji silahlarından fərqli olaraq, RFDEW yüksək tezlikli radio dalğalarından istifadə edir. Bu dalğalar PUA-ların içərisindəki kritik radioelektron komponentləri sıradan çıxarır, cihazları hərəkətsizləşdirir və ya onların yerə düşməsinə səbəb olur.
Sistem yüksək səviyyədə avtomatlaşdırmaya malikdir və bir nəfər tərəfindən idarə oluna bilər. O, həmçinin hərbi vasitələrə inteqrasiya edilərək, mobil həll təmin etmək potensialına malikdir.
Sevinc Əliyeva
Ordu.az