Ordu.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada “Barak” MX HHM sistemlərinin satışı ilə bağlı Slovakiya ilə tarixi müqavilənin imzalandığı açıqlanıb.
Açıqlamada müqavilənin Slovakiya ilə indiyə qədər həyata keçirilən ticarət həcmində ən böyük müdafiə ixracatı olduğu və sözügedən satışın 2 milyard şekel dəyərində olduğu ifadə edilib.
Açıqlamada “Israel Aerospace Industries” (IAI) tərəfindən istehsal edilən “Barak” MX-nin döyüş təyyarələri, helikopterlər, pilotsuz uçuş aparatları, qanadlı raketlər, “yer-hava” raketləri və taktiki ballistik raketlər də daxil olmaqla, müxtəlif hava təhdidlərinə qarşı müqavimət göstərmək üçün nəzərdə tutulduğu xatırladılıb.
Həmçinin qeyd olunub ki, “Barak” MX HHM sistemləri 35, 70 və 150 kilometr məsafəyə qədər olan təhlükələr üçün üç növ bloklama raketi ilə təchiz edilib.
Sevinc Əliyeva
Ordu.az