DEARSAN Qətər üçün istehsal edilən hücum katerlərinin təməlqoyma mərasimini keçirib

2024/12/2024--1735021018.jpg
Oxunub: 373     11:11     24 Dekabr 2024    
Türkiyənin “DEARSAN Gemi İnşaat Sanayi A.Ş.” şirkətinin Qətər Hərbi Dəniz Qüvvələri (HDQ) üçün istehsal etdiyi 2 ədəd 50 metrlik idarəolunan mərmili hücum katerinin təməlqoyma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, “DEARSAN Gemi İnşaat Sanayi A.Ş.” 2023-cü il iyunun 21-də Dohada Qətər Silahlı Qüvvələri ilə 2 ədəd 50 metrlik idarəolunan mərmili hücum katerinin inşası üçün müqavilə imzalayıb.

DEARSAN-ın verdiyi açıqlamaya görə, müqavilə çərçivəsində işlərə 2024-cü il fevralın 12-də başlanılıb, Qətər HDQ Komandanlığının 2 ədəd 50 metrlik idarəolunan mərmili hücum kateri layihəsinin kritik dizayn qiymətləndirmə prosesi Layihə Nəzarət Ofisi əməkdaşlarının dəyərli töhfələri ilə ötən ay uğurla tamamlanıb.

DEARSAN tərəfindən dizayn edilən 2 ədəd 50 metrlik idarəolunan mərmili hücum kateri layihəsi Qətər HDQ-nin dəniz imkanlarını əhəmiyyətli dərəcədə artıracaq yüksək texnologiyalı gəmilər olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   DEARSAN  


Bizi "telegram"da izləyin