Husilər İsrailə iki PUA-nın buraxıldığını açıqlayıb

2024/12/1735019100.jpg
Oxunub: 388     02:33     24 Dekabr 2024    
Yəmənin husi üsyançıları bazar ertəsi İsrailin Aşkelon və Təl-Əviv şəhərlərinə iki pilotsuz uçuş aparatınıgöndərib.

Ordu.az-ın məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib.

Onun sözlərinə görə, Yəmən silahlı qüvvələri iki hərbi əməliyyat keçirib, birinci əməliyyatında Aşkelonda İsrailin hərbi obyekti hədəf alınıb.

O bildirib ki, husilər Aşkelona zərbə endirmək üçün "Yaffa" tipli pilotsuz uçuş aparatından istifadə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husi   İsrail  


Bizi "telegram"da izləyin