Ordu.az xəbər verir ki, müdafiə nazirinin sözlərini “Ynet” portalı yayıb.
“Biz onlara (husilərə – red.) ciddi zərər vuracağıq, onların strateji infrastrukturuna zərər vuracağıq və Tehranda Haniyə, Qəzzada [onun varisi Yəhya] Sinvar və Livanda [“Hizbullah” təşkilatının rəhbəri Həsən] Nəsrulla ilə etdiyimiz kimi, onların liderlərini məhv edəcəyik”, – Kats bildirib.
Xatırladaq ki, Haniyə iyulun 31-də Tehranda öldürülüb. İsrail əvvəllər onun məhv edilməsində iştirakını etiraf etməmişdi.
Ordu.az