Rumıniya ABŞ-nin Ukraynadakı münaqişəyə son qoymaq səylərini dəstəkləyəcək

2024/12/1735017524.jpg
Oxunub: 328     00:58     24 Dekabr 2024    
Buxarest Vaşinqtonu Ukraynadakı münaqişəyə son qoymaq səylərində dəstəkləyəcək.

Ordu.az "Agerpress"ə istinadən xəbər verir ki, bunu Rumıniyanın Baş naziri Marçel Çiolaku bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra Donald Trampın əsas prioritetlərindən biri Ukraynadakı münaqişəyə son qoymaq olacaq.

“Rumıniya isə bu demarşda ABŞ-ni bütün gücü ilə dəstəkləyəcək”, - Baş nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   ABŞ  


Bizi "telegram"da izləyin