Ordu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışında deyib.
Baş nazir qeyd edib ki, Qəzzada saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub: "Biz bütün səviyyələrdə israilli girovların qaytarılması üçün mühüm addımlar atırıq".
Netanyahu bildirib ki, son günlərdə razılığa gəlmək üçün danışıqlar yenilənir: “Etdiyimiz hər şeyi açıqlamaq olmaz. Onların geri qaytarılması üçün tədbirlər görürük. Ehtiyatla demək istəyirəm ki, müəyyən irəliləyiş var və biz onların hamısını evə qaytarana qədər səylərimizi dayandırmayacağıq”.
Ordu.az