Ordu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışında deyib.
Netanyahu bildirib ki, İsrail heç bir terrorçunun sərhədlərinə gəlməsinə imkan verməyəcək:
"Yəhya Sinvarın artıq həyatda olmaması və HAMAS-a qarşı hücumları səbəbindən atəşkəs razılaşmasında irəliləyiş var", - Baş nazir qeyd edib.
"Yaxın Şərqin simasını dəyişirik. Daha əvvəl dediyim kimi, biz Yaxın Şərqi yenidən formalaşdırırıq.
Biz İran təhlükəsini aradan qaldırmalı və onların nüvə silahına malik olmasının qarşısını almalıyıq", - Netanyahu bildirib.
Baş nazir İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlı olduqlarını da vurğulayıb.
Ordu.az