İran XİN Moskva və Tehran strateji tərəfdaşlıq müqaviləsini yanvarda imzalayacaq

2024/10/1728710094.jpg
Oxunub: 396     13:53     23 Dekabr 2024    
Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian 2025-ci ilin yanvarında əhatəli strateji tərəfdaşlıq haqqında müqaviləni imzalamaq üçün görüşəcək.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi İsmayıl Baqai dekabrın 23-də keçirdiyi mətbuat konfransında bildirib.

“Ümid edirəm ki, bu sənəd yanvarın sonunda imzalanacaq”, - o qeyd edib.

Məlumata görə, sənəd enerji, istehsal, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edəcək.

Bildirilib ki, dekabrın 23-də Rusiya baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçukun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Tehrana səfər edib. Onların İran prezidenti Məsud Pezeşkianla görüş planlaşdırdığı da vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Putin  


Bizi "telegram"da izləyin